«Post-neft dönəmində regional sahibkarlığın iqtisadi proseslərdə rolu» mövzusunda tədbir keçirilib
16.11.2016 573 0.0 0


15-16 Noyabr  2016-cı il tarixlərində İsmayıllı və Ağsu şəhərlərində “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə dəstəyi ilə həyata keçirilən “Post-neft dönəmində xarici sərmayələrin cəlb edilməsi yolları” layihəsi çərçivəsində “post-neft dönəmində regional sahibkarlığın iqtisadi proseslərdə rolu” mövzusunda tədbir keçirilib.

Qazeta.info bildirir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, sahibkarlar, müstəqil ekspertlər və yerli QHT-lərin təmsilçiləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan və tədbir iştirakçılarını salamlayan “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin Sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov  “Post-neft dönəmində xarici sərmayələrin cəlb edilməsi yolları”  layihəsi haqqında və bu layihənin icra edildiyi dövrdə həyata keçirilən tədbirlər və araşdırmalar barədə qısa məlumat verib.
Daha sonra təşkilat rəhbəri çıxışında post-neft dönəmində dövlətin yerli sahibkarlığın inkişafı istiqamətində apardığı iqtisadi islahatlar haqqında geniş məruzə ilə çıxış etdi.
 Bundan başqa layihə əməkdaşları onlara investisiyaların dövlət tərəfindən təşviqinin, xarici sərmayənin cəlbini özündə əks etdirən materiallar təqdim edərək xarici sərmayələrin ölkəyə cəlb edilməsi istiqamətində məsləhətlər vermişdir. Sonda regionlarda sahibkarlığın inkişafı üçün təkliflər səsləndiridi, tədbir iştirakçılarının sualları cavablandırıldı.  

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar