Portuqaliya sahillərində eramızdan əvvələ aid köpək balığı tutulub - FOTO
12.11.2017 2142 0.0 0

 Portuqaliyanın Alqarve əyaləti sahillərində yerli Dəniz və Ətraf Mühit İnsititutunun əməkdaşları tərəfindən eramızdan əvvələ aid plaşlı köpək balığı tutulub.

"The Portugal News" nəşrinə istinadən xəbər verilir ki, bu növ köpək balığı hələ 80 milyon il əvvəl Atlantik okeanında yaşayıb.

Yırtıcı, alimlər tərəfindən "daşlaşmış canlı heyvan qalığı" adlandırılıb.

Bu növ köpək balığının 300-dən artıq dişi var, onun bədəninin uzunluğu 1,5 metrdir, hərəkəti isə ilan kimidir.

Bildirilir ki, plaşlı köpək balıqları mütəxəssislər tərəfindən az öyrənilib, çünki onlar Atlantik okeanının dərinliyində, Avstraliya, Yaponiya və Yeni Zelandiya sahillərində yaşayırlar./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar