Polşa Rusiya ilə oyunun neytral meydanda keçirilməsini istəyir
22.02.2022 383 0.0 0

Futbol üzrə Rusiya və Polşa milli komandaları arasında dünya çempionatının pley-off mərhələsinin oyunu neytral ölkədə keçirilə bilər.

Məlumata görə, Polşanın idman naziri Kamil Bortniçuk yarımfinal matçını neytral meydanda keçirmək istədiklərini bildirib.

Nazir qarşılaşmanın başqa ölkədə oynanılmasına çalışacaqlarını söyləyib: "Təşəbbüs bəyənilməsə, nə edəcəyimizi düşünəcəyik. Hesab edirəm ki, belə vəziyyətdə polşalı idmançılar Rusiyaya getməməlidirlər. Lakin bu, mənim şəxsi fikrimdir".

Polşa Futbol İttifaqı DXR və LXR-in müstəqilliyini tanıyan Rusiyanın hərəkətlərinə görə UEFA və FIFA ilə əlaqə saxlamaq, qarşılaşmanın keçiriləciyi yerlə bağlı narahatlığını ifadə etmək niyyətindədir.

Qeyd edək ki, Rusiya - Polşa qarşılaşması martın 24-də Moskvadakı "Dinamo" Mərkəzi Stadionunda keçirilməlidir. Bu görüşün qalibi finalda İsveç - Çexiya cütünün güclüsü ilə üz-üzə gələcək./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar