Polislər qəzaya düşdü: 5 yaralı
09.03.2015 812 0.0 0

Bu gün səhər saat 11 radələrində İsmayıllı rayonunda yol polisləri qəzaya uğrayıblar. 

Rayon polis şöbəsindən verilən məlumata görə, qəza zamanı 5 nəfər xəsarət alıb.

Belə ki, Muğanlı-İsmayıllı yolunun 21-ci kilometrliyində, İsmayıllı rayonunun Basqal kəndi ərazisindən keçən hissəsində yol polisinin 10-YP-795 dövlət nömrə nişanlı BMW markalı minik maşını ilə “KİA Sorento” markalı avtomobil toqquşub.

Qəza zamanı yol polisi əməkdaşları, Göyçay rayon sakinləri 1967-ci il təvəllüdlü Mahmud Musayev və 1987-ci il təvəllüdlü Vüsal Balıyev xəsarət alıb. Bundan başqa, “KİA Sorento” markalı minik maşınında olan sürücü və 2 sərnişin yaralnıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparıblar./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar