Polis rəisindən dələduzluq yolu ilə 200 min manat alan qadının şikayətinə baxılır
11.10.2016 572 0.0 0

Bakı Apellyasiya Məhkəməsində sabiq polis rəisinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aygün Babaşovanın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

 

Məlumata görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 20-nə təyin edilib.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Aygün Babaşova 11 il müddətinə azadlıqdan məhrum olunub. A. Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 450 min manat pulu dələduzluq yolu ilə əldə edib.

 

Zərərçəkənlərdən Məhəmməd Məhəmmədov Şəkidə 25 il Dövlət Yol Polisi Bölməsinin rəisi olub. Aygün Babaşova biznes qurmaq adı ilə ondan 200 min manat alıb.

 

A. Babaşova Cinayət Məcəlləsinin 178.3.2. (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar