Polis Gəncədə itkin düşən qadınla 3 yaşlı oğlunu axtarır
13.10.2017 739 0.0 0

Bu il sentyabrın 4-də Gəncə şəhər sakini, 30 yaşlı Xəyalə İlyas qızı Əliyeva 3 yaşlı oğlu Ruzigar Əliyevlə birgə yaşadıqları evdən çıxıb və qayıtmayıblar.   

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qadının xarakterik əlamətləri belədir: boyu 156 santimetr, kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçlarının rəngi isə qaradır. Evdən çıxarkən əynində qara rəngli şalvar, ağ və qara rənglərin qarışığı olan köynək və eyni rəngli çəkələk olub.

 

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə, həmçinin Gəncə şəhərinə  022-256-07-73, 022-266-33-75 şəhər nömrələrinə, 055-331-24-24, 050-314-14-91 mobil nömrələrə zəng vuraraq məlumat vermələri xahiş olunur. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar