Polis casus göyərçin ələ keçirdi (VİDEO)
31.05.2015 957 0.0 0

Hindistanda polis əməkdaşları casus göyərçini ələ keçiriblər.

Məlumata görə, qanadında Pakistana aid telefon nömrəsi aşkarlanan göyərçin hüquq mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, casus göyərçini balaca bir uşaq tapıb. Azyaşlı uşaq evin eyvanında tutduğu göyərçinin qanadından çıxan nömrəni gördükdən sonra dərhal polis bölməsinə qaçıb.

Polis məsələni araşdırmaq üçün istintaq başladıb və nömrənin kimə məxsus olduğu araşdırılır. 

Həmin casus göyərçinin görüntülərini sizə təqdim edirik:/anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar