Polad Bülbüloğluna xüsusi mükafat
13.07.2015 532 0.0 0

Vitebskdə keçirilən "Slavyan bazarı" XXIV Beynəlxalq İncəsənət Festivalının bağlanış mərasimində Aleksandr Lukaşenko xüsusi mükafatı Polad Bülbüloğluna təqdim edib

 "Slavyan bazarı Vitebskdə" XXIV Beynəlxalq İncəsənət Festivalının Ulduzlar Xiyabanında Azərbaycanın Rusiyadakı səfiri, tanınmış müğənni və bəstəkar Polad Bülbüloğlunun ulduzu parlayıb. Bu barədə  Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, "Vitebsk-2015" XXIV Beynəlxalq estrada mahnısı müsabiqəsinin münsiflər heyətinin sədri, Azərbaycanın xalq artisti Polad Bülbüloğlu Belarus Prezidentinin "İncəsənət vasitəsilə sülhə və qarşılıqlı anlaşmaya doğru" xüsusi mükafatına layiq görülüb.
 
"Slavyan bazarı" XXIV Beynəlxalq İncəsənət Festivalının bağlanış mərasimində iştirak edən Belarus prezidenti Aleksandr Lukaşenko şəxsən "İncəsənət vasitəsilə sülhə və qarşılıqlı anlaşmaya doğru" xüsusi mükafatını Polad Bülbüloğluna təqdim edib.
 
Polad Bülbüloğlu yaradıcılığına verilən yüksək qiymətə görə təşəkkürünü bildirib: "Əminəm ki, bu hadisə Azərbaycan-Belarus dostluğunun, iki xalq arasında mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinə və gələcək inkişafına xidmət edəcək".
 
O, səmimi qəbula və beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri olmaq şərəfinə layiq görüldüyünə görə mərasimdə iştirak edən Belarusun mədəniyyət naziri Boris Svetlova təşəkkür edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar