PKK liderlərindən biri məhv edilib
05.11.2016 660 0.0 0

PKK terror təşkilatının liderlərindən biri olan İsa Teres öldürülüb. “Anadolu” agentliyinə istinadən verilən xəbərə görə, noyabrın 3-də Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı PKK-nın Bingöl, Muş və Ərzurum üzrə rəhbəri, kod adı İsa Fərhad olan İ. Teres onunla birlikdə olan terrorçularla birlikdə məhv edilib.

 

İ. Teres 2014-cü ildən PKK-nın Bingöl, Muş və Ərzurum üzrə qanadına rəhbərlik edir. İ. Teres uzun müddət axtarışda olub və onun başına 1,5 milyon türk lirəsi mükafat qoyulub.

 

PKK-çılar öldürüldüyü zaman həmin ərazidə xeyli sayda silah-sursat ələ keçirilib.

 

Qeyd edək ki, İ. Teres 1993-cü ildən adıçəkilən terror təşkilatının üzvüdür./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar