Pilot hamilə qadının ölüm səbəbi məlum oldu
01.09.2016 977 0.0 0

Ölümə səbəb olan ilkin rəyə əsasən, D.Babayevanın ölümünə preeklampsiya xəstəliyi səbəb olub. Bu, hamilə qadınlarda rast gəlinən ağır ginekoloji xəstəlikdir.

Artıq ana ölümü faktı ilə bağlı Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb və ölümün səbəbləri araşdırılır.

Qeyd edək ki, D.Babayeva zəhərlənmə şübhəsi ilə 1 saylı şəhər xəstəxanasına daxil edilib və orada dünyasını dəyişib. D.Babayevanın DSX-nın ilk qadın pilotu olduğu bildirilir.

Avqustun 30-da hamiləliyinin 36-cı həftəsində dünyasını dəyişən 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızının ölümü ilə bağlı ilkin rəy açıqlanıb.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Trend-ə verilən məlumata görə, ölümün dəqiq səbəbləri analizlərin cavabları əsasında iki həftədən sonra müəyyənləşəcək.

Mərkəzdən bildirilib ki, qadının meyitinin müayinəsi zamanı qarpızdan baş verən zəhərlənmənin əlamətləri müşahidə edilməyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar