Peskov Putinin sirrini açdı
31.03.2015 820 0.0 0

Vladimir Putin öz prezidentliyinin əvvəlindən sərt qərarlar qəbul etməyi və məsuliyyəti öz üzərinə götürməyi bacarıb. 

Məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

Putinin hakimiyyətə gəlməsinin 15 illiyi ilə bağlı “Rossiya 24” kanalında təşkil edilmiş birbaşa yayımda çıxış edən Peskov deyib: "Əgər Putin 2000-ci ildə hələ telekameralar qarşısında sərbəst davranmaq öyrənirdisə, məsuliyyəti öz üzərinə götürmək, sərt qərarlar qəbul etmək qabiliyyəti onda ilk başdan var idi", - deyə o vurğulayıb. 

"Təəssüf ki, bürokratlar arasında hazırlıq qıtlığı həmişə çox güclü hiss edilir. Putin isə bu hazırlığı həmişə nümayiş etdirib", - deyə Peskov vurğulayıb. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar