Peskov Putin və Trampın görüşü barədə məlumatı təkzib edib
27.04.2017 958 0.0 0

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov may ayında Vladimir Putin və Donald Tramp arasında ilk görüşün keçiriləcəyi barədə məlumatı təkzib edib.

Bu barədə "TASS"a istinadən xəbər verilir.

Bu görüşün may ayında keçirilə bilməsi və ona hazırlıqların görülməsi barədə suala cavab olaraq Peskov deyib ki: "Hələ heç nə yoxdur".

Qeyd edək ki, bundan əvvəl "Kommersant" qəzeti iki ölkənin dövlət strukturlarındakı mənbələrə istinadən may ayının sonunda Avropa ölkələrindən birində Rusiya və ABŞ prezidentləri arasında görüşün keçiriləcəyi barədə məlumat yayıb./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar