Peskov: `Onsuz da kövrək olan durumu daha da pisləşdirəcək addımlar atmamaq vacibdir`
11.04.2018 4593 0.0 0

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın "Twitter"də yazdıqlarına münasibət bildirib. 

 

"RİA Novosti"yə istinadən verilən xəbərə görə, D. Peskov "Twitter" diplomatiyasına tərəfdar olmadıqlarını söyləyib: "Biz "Twitter" diplomatiyasının iştirakçısı deyilik. Biz ciddi yanaşmaların tərəfdarıyıq. Hələ də hesab edirik ki, onsuz da kövrək olan durumu daha da pisləşdirəcək addımlar atmamaq vacibdir", - deyə o, söyləyib.  

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu gün "Twitter"də bütün dünyada böyük əks-səda doğuran qeyd paylaşıb. "Rusiya Suriyaya doğru buraxılan bütün raketləri vuracağını vəd edir. Hazırlaş Rusiya, raketlər gəlir - yaxşı, yeni və "ağıllı" raketlər. Xalqını qazla öldürən və bundan zövq alan bir heyvanla ortaq olmamalısan", - deyə o, yazıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar