Pentaqon rəhbəri Ukraynanın müdafiə naziri ilə görüşə bilər
19.03.2022 613 0.0 0

"ABŞ üçüncü ölkələrdən Ukraynaya hərbi təyyarələrin verilməsinə mane olmayacaq".

TASS-a istinadən xəbər verilir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin CNN telekanlına müsahibəsində deyib.

“Digər dövlətlər uyğun bildiklərini etməkdə azaddırlar. ABŞ yardım edən ölkələrin qarşısında qətiyyən maneə törətməyəcək”, - deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ ukraynalılara döyüşdə fərq yaratmağa imkan verəcək vasitələri, o cümlədən hava hücumundan müdafiə sistemləri, tank əleyhinə sistemlər, pilotsuz təyyarələr və effektivliyi sübut edilmiş digər döyüş vasitələrinin göndərilməsini davam etdirəcək.

O, yaxın vaxtlarda Ukraynanın müdafiə naziri Aleksey Reznikovla görüşməyə ümid etdiyini də əlavə edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar