Pentaqon rəhbəri: `İŞİD lideri Əl-Bağdadi sağdır`
22.07.2017 663 0.0 0

 Pentaqon rəhbəri Ceyms Mettis bildirib ki, İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi çox güman sağdır.

Məlumata görə, bu barədə "Reuters" məlumat yayıb.

"Düşünürəm ki, o sağdır, onu öldürdüyümüzü bildiyim zaman başqa cür düşünəcəyəm. Amma, hələlik biz onu axtarırıq. Güman edirəm ki, o sağdır", - deyə C.Mettis bildirib.

Rusiyanın Müdafiə Nazirliyi iyunun 16-da Əl-Bağdadinin çox güman ki, öldürüldüyünü bəyan edib. Lakin idarədən bildirilib ki, bu məlumatlar müxtəlif kanallar vasitəsilə hələ yoxlanılır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar