Pentaqon İŞİD üzərində qələbə çalacağı vaxtı bəyan edib
31.01.2015 907 0.0 0
Pentaqon koalisiya qüvvələri ilə birgə 5 ilə “İŞİD” qruplaşması üzərində qələbə çalacağını vəd edib.

 

“Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Con Kirbi bəyan edib.

 

“Mən hazırda tam dəqiqliyi ilə proqnozlaşdıra bilmərəm. Deyərdim ki, buna üç ildən beş ilə qədər vaxt tələb olunacaq”, deyə Pentaqonun sözçüsü qeyd edib.

 

Onun sözlərinə görə əvvəlcədən bildirilmişdir ki, “İŞİD”lə mübarizə ağır və uzunmüddətli olacaq. Bundan əvvəl yayımlanan məlumatlara görə, ABŞ-ın İraqda həyata keçirdiyi hava zərbələri nəticəsində terrorçuların nəzarəti altında olan ərazilərin cəmi 1% azad edilib. //APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar