Pentaqon: İŞİD-in daha bir lideri öldürülüb
17.09.2016 552 0.0 0

 ABŞ Müdafiə Nazirliyi (Pentaqon) koalisiya qüvvələrinin hava hücumları nəticəsində Suriyada İŞİD-in əsas liderlərindən birinin öldürüldüyünü açıqlayıb.

 

Pentaqon sözçüsü Peter Cook yazılı açıqlmasında bildirib ki, İŞİD-in "informasiya naziri", "Dr. Vail" kimi tanınan Vail Adil Həsən Salman Əl Fayad Rakka yaxınlığında öldürülüb.

 

"Dr.Vail İŞİD-in işgəncə və edamlarının əks olunduğu videoların hazırlanması və yayılmasına cavabdeh şəxs olub. Bundan başqa, o, İŞİD-in Yüksək Şurasının da üzvü idi. Dr.Vail sentyabrın 7-də öldürülüb", - deyə sözçü bildirib.

 

Qeyd edək ki, İŞİD Rakkanı "paytaxt" elan edib.

 

Xatırladaq ki, Pentaqon bundan əvvəl İŞİD-in sözçüsü Məhəmməd Əl Adnaninin avqustun 30-da Suriyanın şimalında həyata keçirilən hava hücumları nəticəsində  öldürüldüyünü açıqlamışdı./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar