Pentaqon: DNT analizi İŞİD liderinin şəxsiyyətini təsdiq edib
31.10.2019 484 0.0 0

DNT analizinin nəticələri təsdiq edib ki, Birləşmiş Ştatların xüsusi əməliyyatının gedişatında öldürülmüş şəxs məhz İŞİD lideri Əbu Bəkr Əl Bağdadidir.

TASS-a istinadən xəbər verilir ki, bu barədə Pentaqonun Mərkəzi Komandanlığının başçısı Kennet Makkenzi bildirib.

"Təcili analiz (meyitdən götürülmüş) nümunələr arasında uyğunluğu göstərdi", - deyə o bildirib.

Makkenzi həmçinin əlavə edib ki, nəticələrin səhv olma ehtimalı 1-in 104 septilyona təşkil edir.

Oktyabrın 27-də ABŞ prezidenti Donald Tramp bildirib ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadi Suriyada keçirilmiş xüsusi əməliyyat zamanı məhv edilib. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar