Pentaqon: `Əl-Qaidə”nin liderlərindən biri məhv edilib`
14.01.2017 906 0.0 0

“Ərəb yarımadasında Əl-Qaidə” terror təşkilatının liderlərindən biri məhv edilib.

 

RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Piter Kuk bəyan edib.

 

Onum sözlərinə görə, Əbdülqəni əl-Razas Yəməndə ABŞ hərbi təyyarələrinin endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

 

“Terrorçunun məhv edilməsi ilə bağlı əməliyyat yanvarın 8-də keçirilib. Bu,  “Ərəb yarımadasında Əl-Qaidə” terror təşkilatının Yəməndə və regionun digər ölkələrində terror aktları hazırlamaq və həyata keçirmək imkanlarını azaldacaq”, deyə P.Kuk bildirib.

 

Qeyd edək ki, 2009-cu ildə “Əl-Qaidə”nin qolu kimi yaranan “Ərəb yarımadasında Əl Qaidə” təşkilatı ötən il Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar