Pedro Aqramunt: `AŞPA münaqişələrin həllində parlament diplomatiyası potensialından maksimum istifadə etməlidir`
23.01.2017 800 0.0 0

AŞPA-nın Strasburqda keçirilən qış sessiyasının ilk plenar iclasında çıxış edən assambleya sədri Pedro Aqramunt Avropa Şurasına üzv olan ölkələr arasındakı münaqişələrə toxunub. 

 

Məlumata görə, P. Aqramunt 2016-cı ilin aprel ayında Ermənistanla Azərbaycan arasında ağır döyüşlərin baş verdiyini xatırladaraq bölgədə gərginliyin hər an alovlana biləcəyini vurğulayıb: “Biz Avropanın keçdiyi ağır tarixindən bilirik ki, münaqişələr heç cür müharibə yolu ilə həll edilə bilməz. Bizim parlamentar olaraq bu məsələdə rolumuz olduqca əhəmiyyətlidir. Parlament diplomatiyası və dialoqun aparılması çox vacibdir. Assambleyamız münaqişələrin həll edilməsində öz parlament diplomatiyası potensialından maksimum dərəcədə istifadə etməlidir”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar