Partlayış olan evin sahibi yüksək vəzifəli şəxsdir... - Fotolar +Yenilənib
20.10.2016 1268 0.0 0

 

Hökməli qəsəbəsində dəhşətli partlayışın baş verdiyi ev sahibi vəzifəli şəxs imiş.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, zərərçəkmiş Müşfiq Qurbanov “Azəravtoyol” ASC-də Aparat rəhbəridir. 

Qeyd edək ki, partlayış zamanı onun 3 yaşlı qızı Banıçiçək Qurbanlı dünyasını dəyişib. Özü, həyat yoldaşı Şəbruz Novruzova və 12 yaşlı qızı Leyla isə ağır xəsarət alıb.

*****

Abşeronda yaşayış evində baş verən partlayışda ölən və xəsarət alanların adı məlum olub.

 

Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, gecə saatlarında Hökməli qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verən partlayış nəticəsində 3 yaşlı Banıçiçək Qurbanlı dünyasını dəyişib.

 

Respublika Yanıq Mərkəzindən bildirilib ki, evin sahibi, 44 yaşlı Müşfiq Qurbanov, onun həyat yoldaşı, 44 yaşlı Şəbruz Novruzova və övladları, 12 yaşlı Leyla Qurbanlı yanıq xəsarətləri ilə Mərkəzə yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar