Parlament təklifləri dəyərləndirmək üçün hökumətə vaxt verib
07.12.2016 900 0.0 0

Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başa çatıb.

 

Məlumata görə, parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 9 gün vaxt verilib.

 

Müzakirələrdən sonra spiker Oqtay Əsədov deyib ki, hökumət dekabrın 16-na kimi qaldırılan məsələlərə baxa bilər və dekabrın 16-da büdcə layihəsi səsverməyə çıxarılacaq.
 

Qeyd edək ki, büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi dekabrın 8-də davam etdiriləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar