Parisdə `Normand dördlüyü` liderlərinin görüşü keçiriləcək
11.10.2016 526 0.0 0

Oktyabrın 19-da Ukrayna üzrə “Normand dördlüyü” liderlərinin növbəti görüşü keçiriləcək.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov bəyan edib.
 
Onun sözlərinə görə, görüşün oktyabrın 19-da Parisdə keçirilməsi nəzərdə tutulub.
 
Ukrayna mətbuatının yazdığına görə, toplantının keçirilməsinə Almaniya kansleri Angela Merkel təkid edib. “Normand dördlüyü”nün digər liderləri Vladimir Putin, Fransua Olland və Pyotr Poroşenko görüşə razılıq veriblər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar