Pakistanda yeni baş nazir seçilib
12.04.2022 269 0.0 0

"Pakistan Müsəlman Liqası - Nəvaz" partiyasının sədri Şahbaz Şərif ölkənin yeni baş naziri seçilib.

Məlumata görə, o, Pakistan parlamentinin bugünkü iclasında baş nazir vəzifəsinə seçilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Pakistan parlamenti sabiq baş nazir İmran Xanı etmiadsızlıq səsverməsi nəticəsində istefaya göndərmişdi.

 

Parlamentin bugünkü iclasında İ.Xanın "Təhrik-i İnsaf" partiyası səsverməni boykot edərək kütləvi şəkildə istefa verdiklərini açıqlayıb.

Xatırladaq ki, Ş.Şərifin qardaşı Nəvaz Şərif 1990-93, 1997-99 və 2013-2017-ci illərdə Pakistanın baş naziri olub./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar