Pakistan ballistik raketini uğurla sınaqdan keçirib
26.11.2021 156 0.0 0

Pakistan “Shaheen-1A” yer-yer tipli ballistik raketini uğurla sınaqdan keçirib.

Bildirək ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Sınaq uçuşu raket sisteminin bəzi dizayn və texniki parametrlərini yenidən yoxlamaq məqsədilə həyata keçirilib.

"Shaheen-1A" raketi "Shaheen-1"in daha geniş diapazonu və dəqiqliyi ilə təkmilləşdirilmiş versiyasıdır. O, 900 km-ə qədər məsafədə hədəfləri vura və həm nüvə, həm də adi döyüş başlıqlarını daşıya bilir./report/


Loading...
Digər xəbərlər:
Şərhlər
avatar