Pakistan `Shaheen-III` ballistik raketini uğurla sınaqdan keçirib
10.04.2022 298 0.0 0

Pakistan uzaq mənzilli “Shaheen-III” ballistik raketini uğurla sınaqdan keçirib.

Qazeta.info Reporta istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

“Sınaqların məqsədi silah sisteminin müxtəlif konstruktiv və texniki parametrlərinin yenidən yoxlanılması olub”, - məlumatda bildirilir.

“Shaheen-III” raketi nüvə və adi döyüş başlıqlarını daşımaq qabiliyyətinə malikdir. Onun uçuş məsafəsi 2 750 km-dir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar