Özünə qəbir axtaran müğənniyə məzarlıq müdirindən ibrətamiz cavab
11.04.2015 1069 0.0 0

Türk sənət musiqisinin ən güclü səslərindən olan Bülənt Ərsoy özünə məzar axtarışına başlayıb.Məlumata görə, diva öləndən sonra dəfn olunmaq üçün məşhurların və ailə üzvlərinin dəfn edildiyi Ulus məzarlığında qəbir almaq istəyib. 

Bunun üçün məzarlığın müdirinə zəng edib. Lakin diva gözləmədiyi cavabla qarşılaşıb. Qəbristanlığa 11 il rəhbərlik edən Adem Avcının "Allah gecindən versin. Öləndən sonra mütləq şəkildə dəfn ediləcək yer tapılar. Sizi ortada qoymarıq" sözləri ilə çaşıb. 

Eşitdikləri qarşısında təccüblənən Ersoy "kübarların məzarlığı" kimi tanınan ərazidən yer almaq fikrindən daşınıb. 

"Dinimizə görə də məzarın dəbdəbəli olmaması lazımdır. O gün gəldiyində əlbət bizə də bir yer tapılar. Adəm müəllim bu yaşımızda bizə dərs verdi". /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar