Özbəkistan vətəndaşının 15 meymunu əlindən alındı - VİDEO
18.03.2017 932 0.0 0

Moskvanın "Domodedovo" hava limanında gömrük nəzarətindən keçərkən Özbəkistan vətəndaşının baqajında 15 meymun balası aşkar olunub.

Məlumata görə, qadın heyvanları Vyetnamdan gətirirmiş.

Qadın hava limanında yüklə birgə tanışı tərəfindən qarşılanmalı olduğunu və meymunları onun üçün gətirdiyini bildirib.

Meymun balaları Moskvanın Təbiətdən İstifadə və Ətraf Mühitin Mühafizəsi Departamentinin Vəhşi Heyvanların Saxlanılması Mərkəzinə yerləşdirilib və karantinə alınıb./Report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar