Öz komandasını qızıl pillədə saxlayan gimnastlar
15.06.2015 712 0.0 0
Böyük Britaniya və Macarıstan medal uğrunda mübarizəyə davam edir

Rusiyanı təmsil edən Aliyə Mustafina və onun həmyerlilərindən ibarət komandası yarışlar üzrə liderliklərini qoruyurlar. Belə ki, onlar Milli Gimnastika Arenasında  bazar ertəsi baş tutmuş qadınlar arasında idman gimnastikası üzrə yarışlarda final və təsnifat mərhələlərinin ilk sessiyasında ön sırada yer alıblar.

Mustafinadan başqa digər rusiyalı gimnastlar, Seda Tutxalyan və Viktoriya Komova rəqibləri ilə fərdi mübarizədə final mərhələsində üç pillə yüksələrək, yerlı yığmasının xallarını iki gün ərzində 116,897-ə qaldırıblar.

Rusiyalı idmançı Komovanın çoxnövçülük üzrə sərbəst hərəkətlər və gimnastika tiri yarışlarında bir neçə dəfə müvazinətini pozsa da, ümumilikdə, Rusiya komandasının çıxışı dəqiq və güclü olub.

Uğursuzluğa baxmayaraq yarışı əzmlə davam etdirən gimnast Komovaya görə, çıxışı zamanı ayaq üstə göstərdiyi hərəkətləri kifayət qədər yaxşı idi:

Bu gün istədiyim hər şeyi etdim. Təxminən 3 il olar ki, əsas yarışlarda iştirak etmirəm və bu qədər vaxt gözlədiyim bəs idi. Hətta yerə yıxılsam da, ayağa qalxıb davam etdim, bu, mənim üçün olduqca vacibdir.-Viktoriya Komova

İdman gimnastikasının çoxnövçülük üzrə yarışları Böyük Britaniya 107,964 xalla ikinci, Macarıstan isə 107,162 xalla üçüncü yerdə tamamlayıb. 

Bakı 2015 ilk Avropa Oyunlarında çoxnövçülük üzrə komandalararası final və təsnifat mərhələləri bazar ertəsi günü yekunlaşır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar