Otaq yoldaşını öldürən şəxs tutuldu
30.03.2022 287 0.0 0

Martın 29-u saat 10 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1972-ci il təvəllüdlü Fəxrəddin Əsədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
 Qazeta.info Respublika Prokurorluğuna istinadla bildirir ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1966-cı il təvəllüdlü Ravil Baybəyovun birgə yaşadıqları mənzildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Fəxrəddin Əsədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
 Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. 
Ravil Baybəyov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar