Ötən il həlak olan neftçilər üçün abidənin açılış tarixi məlum olub
25.11.2016 522 0.0 0

Ötən il dekabrın 4-də “Günəşli” yatağındakı 10 və ''Neft Daşları''ndakı 501 saylı dəniz özüllərində təbii fəlakət nəticəsində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin göstərişinə əsasən abidə qoyulacaq.
SOCAR-ın “Facebook” səhifəsinə istinadən xəbər verilir ki, abidənin açılışı bu il, faciənin ildönümündə planlaşdırılır.
Qeyd edilib ki, fədakar neftçilərin xatirəsinə ucaldılan bu abidə tarixi ənənənin davamıdır: “1957-ci ildə şiddətli qasırğa “Neft Daşları”nda 21 neftçinin həyatına son qoyub. Müstəqillik əldə ediləndən sonra 1999-cu ildə fədakar neftçilərin xatirəsinə “Neft Daşları”nda abidə ucaldılıb. Onların əziz xatirəsi bu günə qədər hər il yeni nəsil neftçilər tərəfindən anılır. “Neft Daşları” hadisəsindən sonra Xəzər dənizinin Azərbaycana aid olan hissəsində ən böyük təbii fəlakət 2015-ci il dekabrın 4-dən 5-nə keçən gecədə baş verib. Dənizin şiddətinə qarşı qeyri-bərabər döyüşdə həlak olmuş həmkarlarımızın qəhrəmanlıq salnaməsini əbədiləşdirmək üçün qoyulacaq abidənin açılışı bu il fəlakətin ildönümündə planlaşdırılır”./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar