Ötən il Azərbaycanda 11,5 min fərdi yaşayış evi istifadəyə verilib
17.01.2018 781 0.0 0

2017-ci ildə Azərbaycan vətəndaşlarının vəsaiti hesabına ümumi sahəsi 1599,9 min kvadrat metr olan 11,5 min fərdi yaşayış evi istifadəyə verilib

 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu da ölkə üzrə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsinin 92,6%-ni təşkil edib.

 

Fərdi yaşayış evlərinin 626,7 min kvadrat metri və ya 39,2%-i kənd yerlərində tikilib. Əhalinin vəsaiti hesabına tikilmiş fərdi yaşayış evlərinin orta ümumi sahəsi 138,6 kvadrat metr olub.

 

Evlərin 59,3%-i Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt və Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Sabirabad, Qazax, Cəlilabad və Tovuz rayonlarında inşa edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar