Ordunun gücündən danışdı (FOTO)
27.04.2015 739 0.0 0

“2000-ci illərin əvvəlində ordunun ümumi sayı 1,3 milyon olsa da mən çətinliklə 50 min döyüş qabiliyyətli qoşun yığa bildim”. 

Məlumata görə, Rusiya prezidenti bu barədə dünən “Rossiya 1” telekanalında nümayiş etdirilmiş “Prezident” filmi üçün verdiyi müsahibəsində bildirib. 

İkinci Çeçenistan müharibəsinə hazırlıqla bağlı danışan Rusiya prezidenti 15 il əvvəlki günləri xatırlayıb: “Uzaq Şərqdən qoşun yığdım, Şimal donanmasından dəniz piyadalarını gətirdim. Ordunun maddi və mənəvi vəziyyəti ağır idi. İndi tamamilə başqa vəziyyətdir”. 

Filmdə 1999-cu ilin kadrları göstərilir. Dağıstanda hərbi çadırlarda qələbə sağlığı deyən Putin generalları qədəhləri yerə qoymağa məcbur edir: “Tapşırığı yerinə yetirəndən sonra içəcəyik”, - deyə o vaxt yeni seçilmiş Rusiya prezidenti Çeçenistanın nəzarətə götürülməsinə işarə vurub. /anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar