Oqtay Əsədov: Bələdiyyələrin sayı həddən artıq çox, gücləri isə azdır
29.05.2015 669 0.0 0
 “Dövlət başçısı çıxışında bələdiyyələrin fəaliyyəti ilə bağlı narazılığını bildirdi. Bələdiyyələrin sayı həddən artıq çox, gücləri isə azdır”.

 

Məlumata görə, bunu "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin sədri Oqtay Əsədov deyib. O bildirib ki, qanunvericilik səviyyəsində bələdiyyələr haqqında hansıssa addımların atılması barədə fikirləşmək lazımdır: “Bələdiyyələrin gücünü artıra bilmirik. Kiçik kəndlərdə bələdiyyələri birləşdiririk, ancaq kifayət etmir. Bələdiyyələrin işi olmalıdır və parlament də bununla bağlı qanunvericilik səviyyəsində addımlar atır və atmalıdır”./apa/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar