Oqtay Gülalıyevin durumunda irəliləyiş müşahidə olunur
13.12.2019 123 0.0 0

Bakıda keçirdiyi qəza ilə bağlı Türkiyədə müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumunda irəliləyiş müşahidə olunur.

Bu barədə O.Gülalıyevin oğlu Təbriz Gülalıyev sosial media hesabında məlumat yayıb:

“Atam Oktay Gülalıyevin durumunda irəliləyiş müşahidə olunur. Son iki gündə qızdırması olmayıb və nəfəs alması yaxşılaşıb. Həmçinin, böyrəklərində olan keratinin səviyyəsi azalmağa doğru gedir. Tez bir zamanda daha yaxşı xəbərlər vermək diləyi ilə.

Atama dəstək olan hər kəsə ailəmiz adından öz dərin təşəkkürümü bildirirəm!”


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar