OPEK-ə üzv olmayan ölkələr üçün neft hasilatının məhdudlaşdırılması mexanizmi hələlik hazırlanmayıb
30.10.2016 524 0.0 0

OPEK-ə üzv olmayan ölkələr üçün neft hasilatının məhdudlaşdırılması mexanizmi noyabrın 30-dək müzakirə ediləcək.

 

TASS-a istinadən verilən xəbərə görə, bunu Braziliyanın Neft və Qaz Departamentinin rəhbəri Marsiu Feliks deyib.  

 

“Hər şey hələ ki noyabrın 30-dək müzakirə olunacaq”, - deyə o OPEK-ə üzv olmayan ölkələr üçün neft hasilatının məhdudlaşdırılması mexanizminə dair suala cavabında bildirib.   

 

Onun sözlərinə görə, ötən gün OPEK-in Vyanada keçirilən toplantısında təşkilata üzv olmayan cəmi 6 ölkə (Azərbaycan da daxil olmaqla-red.) iştirak edib. Bundan əvvəl OPEK-in Vyana görüşünə təşkilata üzv olmayan 12 ölkənin dəvət olunduğu bildirilmişdi.   

 

OPEK-in neft hasilatının həcminin “dondurulması” üzrə xüsusi komitəsinin növbəti görüşü 25-26 noyabr tarixlərində keçiriləcək. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar