Tarix: 04.12.2016,   Saat: 10:02, Bazar.          

OPEK sazişinin icrasını 4 nazirdən ibarət komissiya monitorinq edəcək

 Neftin hasilatına dair OPEK razılaşmasının icrasını 4 nazirdən ibarət xüsusi komissiya monitorinq edəcək. Nazirlərdən ikisi OPEK-ə üzv olan ölkəni, iki nəfəri isə təşkilata üzv olmayan ölkələri təmsil edəcək.

 

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə jurnalistlərə Venesuelanın neft naziri Euloxio del Pino bildirib.  

 

“Həmin nazirlər razılaşmanı imzalayan ölkələr qarşısında hesabat verəcəklər”, - deyə del Pino qeyd edib.   

 

 O, həmçinin əlavə edib ki, bu təşəbbüs Venesuela tərəfindən irəli sürülüb və OPEK-in digər üzvləri tərəfindən dəstəklənir./apa/



  Bölmə: Gündəm | Baxış sayı: 251 | Tarix: 26.10.2016, 11:59


Xəbərlər