OPEK prezidentinin qardaşı oğurlandı
20.03.2015 728 0.0 0

OPEK-in (Neft ixrac edən ölkələrin təşkilatı) prezidentinin qardaşı Nigeriyada qaçırılıb.

Məlumata görə, cümə axşamı Nigeriyanın cənubunda naməluma silahlı şəxslər OPEK prezidenti Diezani Alison Madukenin kiçik qardaşı Cozef Aqamanı qaçırıblar. Bu barədə Afrika Respublikasının polisi xəbər yayıb. 

Hadisənin Bayels ştatının inzibati mərkəzi hesab edilən Yenaqoada baş verdiyi bildirilir. Nigeriyada fəaliyyət göstərən heç bir qruplaşma hələlik cinayəti öz üzərinə götürməyib. 

Bayels ştatıNiger çayı sahilində yerləşən və ölkədə əsas neft çıxarılan rayondur. 

Qeyd edək ki, Diezani Alison Madueke 2015-ci il yanvarın 1-dən bəri OPEK-in rəhbəri olaraq fəailyyət göstərir. O, təşkilat tarixində bu vəzifəyə təyin edilən ilk qadındır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar