OPEK-in baş katibi: Azərbaycan neft hasil edən ölkələrin görüşündə iştirak edəcək
11.10.2016 678 0.0 0

"OPEC-in noyabr ayına nəzərdə tutulmuş iclasınadək quruma daxil olmayan ölkələrlə məsləhətləşmələrdə irəliləyişə nail olmaq mümkündür."

RİA "Novosti"yə istinadən xəbər verilir ki,  bunu OPEC-in Baş katibi Məhəmməd Barkindo deyib.

O, suallara cavab verərkən bildirib: "Hesab edirəm ki, vəziyyət müsbətə doğru dəyişib və biz noyabrın 30-da gözlənilən OPEC kohfransınadək diskussiyalarda irəliləyə bilərik."

"Rusiyadan başqa, hansı OPEC-dən kənar ölkə oktyabrın 12-də neft hasil edən ölkələrin görüşündə iştirak edəcək?" sualına cavab verən M.Barkində vurğulayıb: "Bizə deyiblər ki, Azərbaycan və Meksika iştirak edəcək"./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar