Tarix: 05.12.2016,   Saat: 20:38, Bazar ertəsi.          

OPEC ölkələri qeyri-rəsmi görüş keçirəcək- İstanbulda

OPEC-ə üzv ölkələr oktyabrda İstanbulda qeyri-rəsmi görüş keçirəcəklər.Tədbirdə kartelə üzv olmayana ölkələrin nümayəndələri də iştirak edəcək.
 
Reuters agentliyinə istinadən verilən xəbərə görə, bunu Əlcəzairin Energetika naziri Nurəddin Buterfa bəyan edib.
 
Onun sözlərinə görə, oktyabrın ortalarında baş tutan görüşdə neft hasilatının məhdudlaşdırılmasına dair müzakirələr davam etdiriləcək.
 
OPEC-ə üzv olan ölkələrin sentyabrın 28-də Əlcəzairdə baş tutan görüşündə orta sutkalıq hasilatın 32,5 milyon barel səviyyəsinədək məhdudlaşdırılmasına dair razılıq əldə olunub. Görüş zamanı neft hasilatının 6 aydan 1 il müddətinədək dondurulması müzakirə edilib. Yekun qərar OPEC--in noyabrda Vyanada keçiriləcək rəsmi toplantısında qəbul ediləcək./apa/



  Bölmə: İqtisadi | Baxış sayı: 128 | Tarix: 06.10.2016, 01:49


Xəbərlər