Tarix: 07.12.2016,   Saat: 12:35, Çərşənbə.          

OPEC-in Vyana sammitinin nəticələri Rusiya, Azərbaycan və Meksikadan asılı olacaq

Rusiya neft hasilatının azaldılması deyil, dondurulmasına hazır olduğunu dəfələrlə qeyd edir. "Forexpf.ru" saytına istinadən verilən xəbərə görə, OPEC-in noyabrın 30-da Vyanada keçiriləcək sammitinə bir neçə gün qalmasına baxmayaraq, Rusiya tərəfi hasilatın dondurulması təklifindən vaz keçmir. Səudiyyə Ərəbistanı və OPEC-in digər üzvləri son günlərə qədər Rusiyanın hasilatı azaldacağını ümid bəsləsələr də, rəsmi Moskvanın son açıqlamaları hasilatın yalnız dondurula biləcəyini göstərir. Qeyd edək ki OPEC, neft bazarının stabilləşməsinin yalnız Rusiyanın hasilatı azaldacağı durumunda baş tutacağını açıqlayıb.

Problemin həllinin noyabrın 28-də OPEC sammitindən öncə neft hasilatçısı ölkələrin sammit öncəsi görüşündə həll oluna biləcəyi qeyd edilir. "Bloomberg" agentliyi bildirib ki, danışıqlarda Rusiya, Azərbaycan və Meksikanın iştirak edəcəyi, əvvəlki görüşdə iştirak edən Oman, Qazaxıstan və Braziliya kimi ölkələrin isə görüşə qatılmayacağı açıqlanıb.

Britaniyanın "Energy Aspects" konsaltinq şirkətinin neft sektoru üzrə baş məsləhətçisi Amrita Senə görə, danışıqlar son ana qədər davam edəcək və yekun qərarın da son anda açıqlanması gözlənilir.

"Report"un analitik qrupu 30 noyabr sammitinin müsbət nəticələnəcəyini gözləmir: "İlin sonuna qədər neft qiymətlərinin 40 dollar/barelə yaxınlaşması, 2017-ci ildə isə 35-45 dollar/bareldə qalacağını ehtimal edirik. Belə ki, neft qiymətlərinin 50 dollar/bareli keçməsi ABŞ-da şist neft hasilatının artırılmasına səbəb olacaq ki, nəticədə, digər ölkələr də bazar payını itirmək təhlükəsi ilə üzləşə bilər"./Report/



  Bölmə: İqtisadi | Baxış sayı: 224 | Tarix: 24.11.2016, 15:34


Xəbərlər