OPEC hasilatı rekord səviyyəyə çatdırıb
10.11.2016 569 0.0 0

Dünya üzrə neft ehtiyatı sentyabrla müqayisədə oktyabrda sutkalıq 800 min barrel artaraq 97 mln. 800 min barrel təşkil edib.

 

Qazeta.info bildirir ki, “APA Beynəlxalq Enerji Agentliyinin “Aylıq Neft Bazarı Hesabatı”na istinadən xəbər verir ki, OPEC-in xam neft hasilatı isə oktyabrda sutkalıq 230 min barrel artaraq rekord həddə - 33 mln. 830 min barrelə çatıb.

 

Artıma səbəb isə Nigeriya və Liviyanın hasilatı bərpa etməsi, o cümlədən İraqın hasilat üzrə tarixi maksimuma nail olması göstərilir.

 

Artıq 5-ci aydır ki, OPEC-in neft hasilatı Səudiyyə Ərəbistanı və İraqın hesabına artır. Belə ki, adı çəkilən ölkələr müvafiq olaraq sutkalıq 10 mln. 550 min barrel və 4 mln. 590 min barrel neft hasil ediblər.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar