OPEC+ alyansının yanvar sammiti öncəsi neft qiymətləri sabitdir
04.01.2022 354 0.0 0

Neft qiymətlərində cüzi artım qeydə alınıb. İnvestorlar OPEC+ alyansının Nazirlər Monitorinq Komitəsinin bugünkü iclası zamanı istehsalçıların təklifləri artıracağını gözləyirlər. Bazar iştirakçılarının fikrincə, bu, koronavirusun “Omikron” ştamının yayılmasına baxmayaraq, yanacağa olan tələbin sabit qalmasından xəbər verir.

"Report" “Investing.com”a istinadən xəbər verir ki, "Brent” markalı neftin mart fyuçersləri 0,10 % bahalaşaraq, 1 bareli 79,06 ABŞ dollarına satılıb. "WTI" markalı neftinin fevral fyuçerslərinin qiyməti isə 0,09 % artaraq, 1 bareli 76,15 ABŞ dolları təşkil edib.

Ötən sessiyada hər iki neft markasının qiymətində 1 %-lik artım qeydə alınıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar