«Onlar ABŞ və Qərb ölkələrinin canişini olaraq müsəlman ölkələrini viran qoyurlar»
21.04.2015 843 0.0 0

“İranın Yəmənə silah satması əsassız şayədir”.

Bunu açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.

 

O bildirib ki, İranın Yəmən hadisələrində rolu yoxdur: “Yəməni hansı ölkənin dağıtdığı, orada günahsız insanları öldürməsi gün kimi aydındır. Ona görə də səbəbkar axtarmaq lazım deyil. Ora müdaxilə edən Səudiyyə Ərəbistanıdır. Bu münaqişə ölkə daxilində baş verdiyi üçün elə daxildə də həll edilməli idi, xarici ölkələrin qanunsuz müdaxiləsinə ehtiyac yox idi”.

 

Səfirin sözlərinə görə, İran Yəmən münaqişəsinin həlli ilə bağlı 4 maddəlik plan irəli sürüb: “Birincisi, atəşkəs elan olunmalıdır. Sonra tərəflər masa arxasına oturmalıdır. Ardınca Yəmən xalqına yardım edilməlidir və seçki yolu ilə xalq öz dövlət quruluşunu müəyyən etməlidir”. 
 

Diplomat Yəmənə hərbi müdaxilənin beynəlxalq qanunlara zidd olduğunu bildirib: "Çünki bir ölkə özbaşınalıq edərək qonşu ölkəyə müdaxilə edir, bu qanunsuz bir hərəkətdir. Əgər ABŞ bununla bağlı narahatdırsa, o zaman beynəlxalq qanunlara hörmətlə yanaşsın".

Daha sonra “İŞİD və “Əl-Qaidə” kimi qruplaşmaları haqda danışan səfir "onlara din adı vermirəm, onlar dindən kənardır” deyə qeyd edib.
 
Onun sözlərinə görə, bu kimi qruplaşmaların arxasında Amerika Birləşmiş Ştatları dayanır: “Bu kimi radikal qruplar bütün islam dünyası, xüsusən inkişafda olan müsəlman ölkələri üçün böyük təhdiddir. Onlar Suriya və İraqda, indi isə Yəməndə günahsız insanları məhv edirlər. Həmin qruplaşmalar son vaxtlar Əfqanıstanda da müəyyən işlər görməyə cəhd edirlər. Onlar ABŞ və Qərb ölkələrinin canişini olaraq müsəlman ölkələrini viran qoyurlar”.
 
Səfir qeyd edib ki, islam ölkələrində baş verənlər şiə-sünni davasına aid edilə bilməz. “İslam dünyasının şiə və sünni məzhəbləri bu kimi terror əməllərinə qarşı çıxıblar. İslam dini sülh dinidir və terrorizmin, kobudluğun əleyhinədir”.
 
M. Pak Ayinin sözlərinə görə, İŞİD üzvlərinin əksəriyyəti Avropadan gəlib Suriya və İraqda döyüşürlər. /apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar