Ölümə gedən sürücü kameraya düşdü - REAL VİDEO
24.04.2017 1464 0.0 0

Sürücü Kənan Kərimli idarə etdiyi avtomobilə ağır qəzadan qurtulub. Qazeta.info avtosfer.az-a əsasən bildirir ki, aprelin 17-də, saat 13.54 radələrində qarşılıqlı hərəkət olan yolda üç avtomobil təhlükəli vəziyyət yaradaraq ötmə əməliyyatı aparıb. Onlardan ikisi “Mercedes”, biri isə “VAZ-2107” markalı avtomobildir. Yaxınlaşmaqda olan avtomobilin yoluna çıxan və yüksək sürətlə hərəkət edən “Mercedes”lər toqquşmadan yayınmaq üçün sağa çəkilə bilir. “07”nin sürücüsü isə qəfil tormoz verir və avtomobilin sol tərəfi “qaçır”. Bunu zaman qarşıdan gələn Kənan Kərimlinin idarə etdiyi avtomobillə toqquşma təhlükəsi yaranır. K.Kərimli maşını tam olaraq sağa çəkərək yol çiyninə çıxardır və qəzadan yayındıra bilir. Avtomobil yerində fırlanaraq üzü əks istiqamətə dayanır. Ona qəza şəraiti yaradan sürücü isə maşını saxlayaraq Kənan Kərimlinin maşınına yaxınlaşıb “görmədim” deməklə özünə haqq qazandırmağa çalışır.

Kənan Kərimli bildirir ki, həmin avtomobildə 5 nəfər olub və qorxulu anlar yaşayıblar.

Ümid edirik ki, Dövlət Yol Polisi həmin sürücüləri aşkar edərək cəzalandıracaq.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar