Ölkəmizdəki xarici hərbi attaşelər bir araya gəlib-Fotolar
13.02.2015 870 0.0 0

Ölkəmizdəki xarici hərbi attaşelər xüsusi təyinatlı təhsil müəssisələrini  ziyarət etmək üşün bir arya gəliblər.

Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün Silahlı Qüvvələrin Hərbi Akademiyasına, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə və C.Naxçıvanski adına Hərbi Liseyə tanışlıq ziyarəti təşkil olunub. 
Ziyarət zamanı tədris müəssisələri barədə brifinqlər verilib və müəssisələrin maddi-tədris bazaları ilə tanışlıq həyata keçirilib.
14 dövləti təmsil edən hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkili ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildirblər.

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar