Ölkədə botnetə yoluxmuş kompüter şəbəkəsi aşkarlanıb
01.06.2015 646 0.0 0

Azərbaycanda botnetə yoluxmuş xeyli sayda kompüter aşkarlanıb. Bunu  ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi botnetlə mübarizə aparmaq üçün internet xidmətlərinin tədarükçüləri ilə əməkdaşlığı fəallaşdırıb.

Tədarükçülər mütəmadi olaraq zərərli proqram təminatı ilə yoluxmuş IP ünvanlar barədə məlumatlandırılır.

Kibercinayətkarlar kompüterlərin müdafiə sistemindən yan keçmək, onlar üzərində nəzarəti ələ keçirmək və vahid şəbəkədə (botnet) birləşdirmək üçün troyan proqramından istifadə edirlər./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar