Obamanın vida mətbuat konfransının tarixi məlum olub
14.01.2017 868 0.0 0

Barak Obama ABŞ prezidenti qismində son mətbuat konfransını yanvarın 18-də keçirəcək.
 
RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.
 
“Çərşənbə günü prezident Obama Ağ Evdə vida mətbuat konfransı keçirəcək”, deyə C.Ernest bildirib.
 
Barak Obama yanvarın 20-də vəzifəsini tərk edir. Həmin gün ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın inauqurasiya mərasimi keçiriləcək. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar