Obamanı çox Qorbaçova oxşadan cəhət
22.09.2015 711 0.0 0

Barak Obamaya Nobelin sülh mükafatı səhvən verilib.

Məlumata görə, bu haqda Nobel mükafatı üzrə komitənin nümayəndəsi Qeyr Lundestad açıqlama verib.

Lundestad öz "Dünya katibi" kitabında yazır ki, ABŞ prezidenti Barak Obamaya Nobel mükafatının verilməsi bir səhv idi, çünki prezidentin hazırda apardığı siyasət ona bəslənən ümidləri doğrultmur. 

Lundestad açıqlamaları onun həmkərları tərəfindən sərt tənqid olunub. Komitədən bildirdilər ki, Nobel komitəsinin sirləri 50 il ərzində açıqlanmamalıdır. Komitə nümayəndələri Lundestadın qaydaları sərt şəkildə pozduğuna görə ona qarşı cəza tətbiq olunacağını da istisna etmirlər.

Nobel mükafatı dünyada sülhün bərqərar olunmasına dair görülən işlərin müqabilində təqdim olunur. Barak Obama 2009-cu ildə beynəlxalq diplomatiyanın və insanlar arasında əməkdaşlığın möhkəmləndirilməsi üzrə Nobel sülh mükafatına layiq görülüb. Lakin ABŞ prezidentinin Nobel mükafatı alması bir çox dövlətlər tərəfindən müsbət qarşılanmayıb. 

 


ABŞ prezidenti Barak Obama


Livan druzların lideri Valid Cumblat hesab edir ki, ABŞ prezidenti Yaxın Şərqdə heç bir sülh yaratmadığına görə Nobel mükafatına layıq deyil. Yaxın Şərqdə baş verən qarşıdurmalardan başqa Obamanın İraqda və Əfqanıstanda qoşunları var. Həmin il Venesuelanın sabiq prezident Uqo Çaves bildirmişdi ki, Obama Kolumbiyada olan hərbi bazaları əldə etmək niyyətindədir. 

Hər halda, bu günə gədər Nobel sülh mükafatının təqdim olunduğu 123 nəfərdən heç birirni bu mükafatdan məhrum etməyiblər. Əgər belə hallar baş versəydi, ilk növbədə komitə SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorboçovu da mükafat alanlar sırasından xaric edərdi. 

Sovet İttifaqının lideri Mixail Qorbaçov sülh mükafatını beynəlxalq gərginliyin aradan qaldırılmasına görə 1990-cı ilin oktyabrında alıb. Qorbaçovu bu mükafata layiq görənlər SSSR-nin dağılması vəAzərbaycan xalqına qarşı törədilən cinayəti nəzərə almayıblar. 1990-cu ilin yanvarında məhz bu insanın əmri ilə sovet qoşunları Azərbaycana daxil oldu və 147 nəfərin həlak olduğu "qara yanvar" cinayəti törədildi.

Qanlı yanvar günləri Bakıda Mixail Qorbaçova qarşı etiraz çağırışları 

Amma Qorbaçovun da bu mükafata layiq görülməsi təəccüblü deyil. Bəşəriyyətə qarşı qanlı cinayətlərdə əli olan B.Mussolini və A.Hitler də müvafiq olaraq 1935-ci və 1939-cu illərdə bu mükafatı almağa namizəd olublar./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar