Obamadan gülünc görüntülər yayıldı-Video
13.02.2015 927 0.0 0

İnternetdə ABŞ prezidenti Barak Obamanın üz gözünü turşudan video görüntüsü yayılıb. ANS PRESS-in məlumatına görə, bu görüntüləri qısa zaman ərzində millərlə insan izləyib. 

Prezident bu video çarxı ABŞ Səhiyyə Nazirliyinə, səhiyyə islahatlarına dəstək məqsədi ilə çəkib. Video "Things Everybody Does But Doesn't Talk About" (Hamının məşğul olduğu, amma heç kimlə məsləhətləşmədiyi şey) adlanır. 

Videoda Obama güzgünün qarşısında üz-gözünü turşudur, selfi çəkdirir, görünməz topla basketbol oynayır, peçenyesini dar stəkandakı südə batırmağa çalışır./anspress/

 



Video birmənalı qarşılanmayıb. Bəziləri ABŞ prezidentini qeyri ciddilikdə ittiham edib. Hətta amerikalı aktyor Rob Dilan Obamaya verdiyi səsini imkan olsa geri götürmək istədiyini deyib. 

Sonda Obama videonu "YOLO, man!" ( YOLO -You only live once "Sən bir dəfə yaşayırsan") deyə bitirib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar